Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın baş naziri Boris Conson arasında telefon danışığı olub.
YeniAvropa Türkiyə mətbuatına istinadla xəbər verir ki, danışıq əsnasında ikitərəfli münasibətlər, bölgəsəl və miqrasiya məsələləri, eləcə də Əfqanıstanda baş verən son hadisələr müzakirə olunub.
Ölkəsinin Əfqanıstanda hazırki mövqeyinin prioriteti öz vətəndaşlarının bu ölkədən təxliyəsi olduğunu qeyd edən Türkiyə prezidenti, bu prosesinin Kabil hava limanında əlverişli vəziyyət yarandıqca davam etdiriləcəyini bildirib.
Prezident Ərdoğan əfqan xalqına qonşu dövlətlərdən də yardım edilməsinin vacibliyini vurğulayıb.
Bildirilib ki, Əfqanıstanda yaranan mövcud vəziyyət səbəbindən yeni köç dalğasının qlobal böhrana çevrilməsinin qarşısının alınması üçün başda Avropa İttifaqı ölkələri olmaqla hər kəs məsuliyyət daşımalı və beynəlxalq birlik bu mövzuda birləşməlidir.