Bir çox sahələr üzrə Əfqanıstana lazımi dəstəyi göstərdik, bununla bağlı işlərimiz hələ də davam edir. Hazırda Türkiyədə qeydiyyatda olan və olmayan 300 min əfqan var.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mediaya açıqlamasında bildirib.
Əfqanıstandan Türkiyəyə 1,5 milyon köçkünün gətirilməsi ilə bağlı iddiaların yalan olduğunu bildirən ölkə başçısı deyib: “Lazım gələrsə, "Taliban"la da danışıqlar apara bilərik. Ortada bir həqiqət var və bu mövzu ilə əlaqədar qapımızı döyən olsa açar, görüşlər keçirərik”.