logo

Ermənistanın yeni xarici işlər naziri təyin olunub

09:50 19-08-2021 | icon 2583
Ermənistanın yeni xarici işlər naziri təyin olunub

Ermənistanın xarici işlər naziri vəzifəsinə yeni təyinat olub.

YeniAvropa erməni mətbuatına istinadla xəbər verir ki, ölkə prezidenti Armen Sarkisyan parlamentin sabiq spikeri Ararat Mirzoyanı Ermənistanın xarici işlər naziri təyin edib.

Qeyd edək ki, A.Mirzoyan 1979-cu ildə İrəvanda doğulub. O, İrəvan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

A.Mirzoyan, 2017-2018-ci illərdə parlamentin deputatı olub, 2018-2019-cu illərdə isə baş nazirin müavini vəzifəsində çalışıb.