logo

Daha 42 nəfər Türkiyə vətəndaşı Əfqanıstandan təxliyə edilib

15:51 18-08-2021 | icon 2653
Daha 42 nəfər Türkiyə vətəndaşı Əfqanıstandan təxliyə edilib

“Taliban”ın Əfqanıstanın bütün ərazisini nəzarətə götürdüyünü elan etməsindən sonra bu ölkədə olan və vətənə qayıtmaq istəyən Türkiyə vətəndaşlarının təxliyəsinə başlanılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Türkiyə vətəndaşlarının təxliyəsi üçün göndərilən ikinci təyyarə ilə Əfqanıstandan daha 42 nəfər vətənə gətirilib.

Təxliyə prosesini həyata keçirən Türkiyə Silahlı Qüvvələrinə aid təyyarə Kabildə baş verən qarışıqlıq səbəbindən bu şəhərdəki aeroporta eniş edə bilməyərək Pakistanın paytaxtı İslamabada yönləndirilib. Gecə saatlarında Kabilin Hamid Karzai beynəlxalq hava limanına eniş edən təyyarə 42 nəfəri İslamabada gətirib. Həmin vətəndaşlar buradan “Türk Hava Yolları” şirkətinə aid təyyarə ilə Vətənə çatdırılıb.

Onlar COVID-19 ilə bağlı müvafiq prosedurlar çərçivəsində evlərində karantin rejimində qalacaqlar.

Xatırladaq ki, avqustun 16-da ilk təxliyə əməliyyatı zamanı 324 nəfər Türkiyə vətəndaşı Əfqanıstandan çıxarılıb.