Moskva vilayətində “İl-112B” tipli hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, qəza nəticəsində üç nəfər heyət üzvü həlak olub.
Təyyarənin komandiri Rusiya Qəhrəmanı, əməkdar pilot Nikolay Kuimov olub.
İlkin məlumata görə, qəzaya səbəb kimi mühərriklərdən birinin nasazlığı və yanması göstərilir. Təyyarə eniş zamanı yan üstə çevrilərək yanıb.
Voronej aviasiya zavodunun istehsalı olan təyyarə Ramensk rayonundakı “Kubinka” aerodromuna uçuş həyata keçirirdi. Təyyarə avqustun 22-28-də keçiriləcək “Armiya-2021” forumunda iştirak etmək üçün 5 gün əvvəl Voronejdən “Jukovsk” aeroportuna gətirilmişdi. Bu növ təyyarələr hərbçilərin, hərbi avadanlıq və sursatın daşınması üçün nəzərdə tutulub.