İranda koronavirusun tüğyan etməsi ölkədə sərt karantin rejiminin tətbiqi ilə nəticələndi.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, avqustun 16-dan başlayaraq şəhərlərarası marşrutlar, banklar, bazarlar, ticarət mərkəzləri fəaliyyətlərini dayandırıb. Bütün dövlət idarələrinin əməkdaşları bir həftəlik tətilə buraxılıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, avqustun 16-da İranda 41 min 194 nəfər virusa yoluxub, 655 pasiyent isə bu xəstəlikdən həyatını itirib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 4 milyon 467 min 15 nəfər, ölənlərin sayı isə 98 min 483-ə çatıb.
Xəstəxanalarda müalicə alan 7379 xəstənin vəziyyəti ağır olaraq qalır. Bu günədək xəstəxanalarda müalicə alan 3 milyon 757 min 157 nəfər sağalaraq evə buraxılıb.