Gürcüstanda epidemioloji vəziyyət daha da pisləşib. Hökumət xəstəxanalarda çarpayı problemini həll etmək üçün müxtəlif yollar axtarır.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Səhiyyə Nazirliyinin təlimatı ilə Tbilisinin ən böyük idman obyektlərindən olan “Olimpiya kəndi”ndə 4 min çarpayılıq səhra xəstəxanası qurulub. “Olimpiya kəndi” çarpayı və digər lazımi avadanlıqla artıq təchiz olunub.
Epidemioloqlar infeksiyanın tüğyan etməsini koronavirusun yeni ştamlarının yayılması ilə əlaqələndirirlər. Hazırda Gürcüstanda “delta”, “Britaniya” ştamları ilə yanaşı, “delta plyus” variantlarına da yoluxma faktları qeydə alınır.