logo

“Azərişıq”ın montyorunu dirəkdə  ektrik cərəyanı vurub öldürdü

09:56 16-08-2021 | icon 4270
“Azərişıq”ın montyorunu dirəkdə  ektrik cərəyanı vurub öldürdü

Avqustun 14-ü saat 11 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində bir nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Binəqədi rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, ilkin araşdırmalarla “Azərişıq” ASC-nin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin istismar şöbəsinin elektrik-montyoru Mütafil Məmmədov həmin ərazidə elektrik dirəyinə çıxaraq elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyən olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.