logo

Əfqanıstan prezidenti Tacikistandan üçüncü ölkəyə keçməyi planlayıb

09:33 16-08-2021 | icon 2352
Əfqanıstan prezidenti Tacikistandan üçüncü ölkəyə keçməyi planlayıb

Əfqanıstan Hökumətinin yüksək səviyyəli məmuru Sədjad Nuristaninin KİV-ə verdiyi məlumata görə, Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani istefa verdikdən sonra Tacikistana uçub.

 YeniAvropa Tacikistanın “Aziya-Plyus” agentliyinə istinadla xəbər verir ki, Məhəmməd Əşrəf Qanini bu ölkədə milli təhlükəsizlik üzrə müşaviri Hamdulla Muxib, prezident Administrasiyasının rəhbəri Fəzl Mahmud Fəzli müşayiət edirlər.

Qeyd edək ki,  Sədjad Nuristani daha əvvəl KİV-ə açıqlamasında Məhəmməd Əşrəf Qaninin Tacikistandan üçüncü ölkəyə uçmaq niyyətində olduğunu, ancaq hansı ölkəyə gedəcəyinin bəlli olmadığını deyib.

Xatırladırıq ki, ötən gün “Taliban” Əfqanıstanın bütün ərazisini nəzarətə götürdüyünü elan edib. Əfqanıstanın sabiq daxili işlər naziri Əli Əhməd Calali ölkənin keçid hökumətinin rəhbəri təyin olunub.