logo

Prezident ölkəni tərk etdi-“Taliban” paytaxt Kabilə döyüşsüz daxil oldu

18:11 15-08-2021 | icon 6160
Prezident ölkəni tərk etdi-“Taliban” paytaxt Kabilə döyüşsüz daxil oldu

Əfqanıstanda bütün ölkəyə nəzarəti ələ alan “Taliban” silahlıları paytaxt Kabilə döyüşsüz daxil olublar.

YeniAvropa  "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, Əfqanıstan daxili işlər naziri vəzifəsini icra edən Əbdül Səttar Mirzəkval Kabilə hücum edilməyəcəyini, hakimiyyətin sülh yolu ilə təhvil veriləcəyini bildirib.

Öz növbəsində “Taliban” bəyan edib ki, şəhərdən çıxmaq istəyən hər kəsin hüququ təmin ediləcək.

Taliblər hökumət qüvvələri tərəfindən tərk edilən dövlət binalarını ələ keçiriblər.

Prezident Məhəmməd Əşrəf Qaninin ölkəni tərk etdiyi bildirilir.