Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Gürcüstanın dövlət başçısı Salome Zurabişvili arasında telefon danışığı olub.
YeniAvropa gürcü mətbuatına istinadla xəbər verir ki, söhbət zamanı Türkiyədəki meşə yanğınlarına qarşı mübarizə və bu mübarizədə Gürcüstanın göstərdiyi dəstək müzakirə olunub. Rəcəb Tayyib Ərdoğan göstərilən dəstəyə görə Salome Zurabişviliyə təşəkkür edib.
Söhbət zamanı dövlət başçıları Gürcüstan-Türkiyə münasibətlərindən və regional problemlərdən də danışıblar. Eyni zamanda, regional layihələr diqqət mərkəzində olub.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Gürcüstanın bölgədə mövcud imkanlardan istifadə edərək enerji və nəqliyyat, logistika layihələri üzərində birgə çalışacaqlarını qeyd edib.