logo

Dünyada koronavirusdan ölənlərin sayı 4 milyon 337 min nəfərə çatıb

09:35 12-08-2021 | icon 2422
Dünyada koronavirusdan ölənlərin sayı 4 milyon 337 min nəfərə çatıb

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 700 mindən çox olub.

YeniAvropa pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 700 min 607 nəfər yeni koronavirusa yoluxub, 10 min 228 nəfər isə dünyasını dəyişib. Bununla da yoluxanların ümumi sayı 205 milyon 458 min 743, ölənlər isə 4 milyon 336 min 669 nəfərə çatıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (37 milyon), Hindistan (32 milyon), Braziliya (20,2 milyon), Rusiya (6,5 milyon), Fransa (6,3 milyon), Böyük Britaniya (6,1 milyon) və Türkiyədə (5,9 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.