logo

Ermənistanın müdafiə naziri Rusiyaya getdi

09:50 10-08-2021 | icon 2569
Ermənistanın müdafiə naziri Rusiyaya getdi

Ermənistanın müdafiə naziri Arşak Karapetyan avqustun 10-da Rusiyaya səfərə gedib.

 YeniAvropa xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinə istinadla “Sputnik Armeniya” məlumat yayıb.

Bildirilib ki, səfər Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə həyata keçirilir. Səfər çərçivəsində S.Şoyqu və A.Karapetyan arasında görüş olacaq.

Ermənistan müdafiə nazirinin Rusiyanın digər yüksək çinli hərbçiləri ilə də görüşü planlaşdırılıb.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyan Moskvaya yola düşməzdən əvvəl Yerevanda səfərədə olan  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas ilə görüşüb.