Gürcüstan xəstəxanalarında çarpayı qıtlığı yaranıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın səhiyyə naziri Yekaterine Tikaradze məlumat verib.
Onun sözlərinə görə, ağır epidemioloji vəziyyət xəstəxana sektoruna da mənfi təsir göstərir. Gürcüstan xəstəxanalarında koronaviruslu pasiyentlər üçün ayrılmış yerlərin təxminən 94 faizi dolub. Səhiyyə Nazirliyi əlavə çarpayılar səfərbər etməyə çalışır. Artıq 7 min çarpayı səfərbər edilib və bu həftə ərzində daha 500 çarpayı əlavə olunacaq.
Nazir deyib ki, bu gün heç bir pasiyent diqqətdən kənarda qalmır. Lakin yoluxmaların artmasının qarşısını almaq üçün bütün tədbirləri gücləndirmək lazımdır.