Gürcüstan prezidenti Salome Zurabişvili irimiqyaslı tədbirlərdə iştirak etməyəcək və onun üçün nəzərdə tutulmuş bütün tədbirlər təxirə salınıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Gürcüstan prezidentinin administrasiyası bəyanat yayıb.
Bəyanatda deyilir ki, Gürcüstan prezidenti ölkədə yaranmış epidemioloji vəziyyətlə əlaqədar kütləvi tədbirlərdə iştirak etməyəcək və dövlət başçısı üçün əvvəlcədən nəzərdə tutulmuş tədbirlər təxirə salınır.
Prezidentin, hətta Tokio Olimpiadasında iştirak etmiş idmançılarla görüşü də baş tutmayacaq.
Gürcüstan dövlətinin başçısı pandemiya ilə əlaqədar əhalini bir-birinin qeydinə qalmağa, qadağalara riayət etməyə və kütləvi şəkildə peyvənd olunmağa dəvət edib.