Avqustun 8-də İranın yeni seçilən prezidenti Seyid İbrahim Rəisi peyvənd vurdurub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,İran prezidentinin mətbuat xidmətindən bildirilib ki, dövlət başçısına milli istehsal olan “Cov İran Barakat” peyvəndi vurdurub və o, özünü çox yaxşı hiss edir.
Qeyd edək ki, İranın milli peyvəndi əhaliyə iyunun 14-dən vurulur. Bu peyvənd Məhşəd alimlərinin səyi nəticəsində meydana gəlib. Preparat kliniki testdən keçirilib və səmərəli olduğu müəyyənləşib.
İranın Səhiyyə Nazirliyinin yaydığı digər xəbərə görə, avqustun 8-də İranda 39 min 616 nəfər virusa yoluxub, 542 nəfər isə ölüb. Göründüyü kimi, İranda yoluxaraq ölənlərin sayında artım müşahidə edilir. Ölkədə yoluxanların ümumi sayı 5 milyona yaxınlaşır. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 3 milyon 539 min 35 nəfər sağalaraq evə buraxılıb.
İran mətbuatı yazır ki, yeni prezident İbrahim Rəisi rəhbərlik edəcəyi kabinetin ilk iclasında COVID-19 virusu ilə mübarizə tədbirlərinin müzakirəsinə geniş yer ayıracaq