Gürcüstanda dövlət bayraqları endirilib
Avqustun 8-də Gürcüstanda dövlət bayraqları endirilib.
YeniAvropa xəbər verir ki, avqustun 8-də Rusiya ilə Gürcüstan arasında 2008-ci ildə baş vermiş 5 günlük müharibənin 13 ili tamam olub.
Bununla əlaqədar olaraq müharibədə həlak olanların xatirəsi ehtiramla anılıb, Prezident sarayı, hökumət administrasiyası, parlament binası, digər dövlət idarələrində və diplomatik nümayəndəliklərdə bayraqlar endirilib.
Xatırladaq ki, daha əvvəl Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi Rusiyanın Gürcüstana qarşı genişmiqyaslı hərbi təcavüzünün və ardınca Gürcüstanın ayrılmaz tərkib hissəsi olan Abxaziya və Tsxinvali bölgəsinin/ Cənubi Osetiyanın qanunsuz işğalının 13-cü ildönümü ilə bağlı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, 2008-ci il avqustun 7-də Rusiyanın Gürcüstana qarşı başladığı müharibə miqyasına və təsirinə görə görünməmiş bir addım idi:"Tbilisi də daxil olmaqla Gürcüstanda 30-dan çox şəhər və kənd Rusiyanın strateji bombardmançıları və hərbi təyyarələri tərəfindən bombalandı. Təcavüzkar tərəfindən kaset bombalar və digər qadağan edilmiş silahlardan istifadə edilmişdir.
Təcavüz nəticəsində yüzlərlə dinc sakin və hərbi qulluqçu öldürüldü və yaralandı,
minlərlə yerli sakin, əvvəlki etnik təmizləmə dalğaları zamanı qovulmuş yarım
milyon qaçqın və köçkün sıralarına əlavə olundu. Rusiyanın Gürcüstana təcavüzüna Avropa İnsan Haqları Məhkəməsi (AİHM) tərəfindən hüquqi qiymət verildi və Rusiyanı, Abxaziya və Tsxinvali regionunun işğalı və təsirli nəzarəti həyata keçirən, 2008-ci ilin Avqust müharibəsi ərzində və sonraki dövrdə, insan hüquqlarının kobud şəkildə pozulmasından məsul olan bir dövlət kimi təsbit etdi. Strasburq məhkəməsi, Rusiyanın Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü pozduğunu, Avropa İttifaqının vasitəçiliyi ilə 12 avqust 2008-ci il tarixli atəşkəs
sazişinə əməl etmədiyini və gürcülərə qarşı etnik təmizləmə apardığını təsdiqlədi.
Gürcüstan hakimiyyəti və beynəlxalq ictimaiyyət Rusiya Federasiyasını
Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və
ərazi bütövlüyünə hörmətlə yanaşmağa və Gürcüstana qarşı hərbi təcavüzünə - Abxaziya və Tsxinvali/Cənubi Osetiya bölgəsinin işğalına son qoymağa, Avropa İttifaqının vasitəçiliyi ilə 12 avqust 2008-ci ildə imzalanan atəşkəs razılaşmasını yerinə yetirmək üçün öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa və işğal olunmuş ərazilərin müstəqilliyinin tanınmasından imtina etməyə çağırır.
Gürcüstanın Abxaziya və Tsxinvali bölgələrinin qanunsuz işğalı məqsədilə
Rusiya Federasiyasının Gürcüstana genişmiqyaslı hərbi müdaxiləsi zamanı şəhid
olanların xatirəsini anmaq məqsədilə, 2021-ci il avqustun 7-si axşam saatlarından 9 Avqust səhər saatlarına qədər, Gürcüstanın Diplomatik nümayəndəliyin binasında Gürcüstanın dövlət bayrağı endiriləcəkdir.
Səfirlik fürsətdən istifadə edərək 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan
müharibəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir".
"COP29" zamanı yeni marşrut və xüsusi avtobus xətləri təşkil ediləcək
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyasının X görüşü keçirilib
Milli Məclisin növbəti iclasında 16 məsələ müzakirə ediləcək
"COP29" zamanı bəzi yollarda məhdudiyyətlər tətbiq ediləcək
"COP29"a gələn əcnəbilərin sərhəddə yoxlanışı cəmi 45 saniyə sürəcək
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı keçiriləcək
Ərdoğan Qırğızıstana rəsmi səfərə gedir
Bakı-Şamaxı yolunun bir hissəsi təmirə başlanılıb
Tezliklə Bakıda "Sevinc Mall" ticarət mərkəzi fəaliyyətə başlayacaq
Sabah Bakıda 23° isti olacaq
İndiyədək 2 mindən çox “arzuolunmaz şəxs” Azərbaycana buraxılmayıb
Gələn il Azərbaycanda iqtisadi artım azalacaq-Taleh Kazımov
Bakı bulvarında gəmi gəzintisi bərpa edilib
140 milyon manatı ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib
Polşa Rusiya ilə sərhəddə istehkamlar tikməyə başlayıb
Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard dollara çatır
İlham Əliyev Əlcəzairin prezidentini təbrik edib
Milli Məclisin bugünkü iclasında 9 məsələ müzakirə olunur
İlham Əliyev 2 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Bakıda II “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək
Milli Məclisdə Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
Azərbaycan nefti 73,85 dollara satılır
İlham Əliyev “28 May”da aparılan abadlıq işləri ilə tanış olub
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Dünya çempionatı: Daha bir boksçumuz qızıl medal üçün rinqə çıxacaq