Türkiyənin Muğla vilayətinin Milas rayonunda yerləşən Kəmərköy İstilik Elektrik Stansiyasına yaxın ərazidə baş verən meşə yanğınları stansiyanın əsas binasına çatmadan söndürülüb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, ötən gün bölgədə əsən küləyin təsirindən qısa zamanda yayılan alov İES üçün təhlükə yaradıb. Stansiyaya yarana biləcək təhlükə riskinin qarşısını almaq üçün onun ətrafında xəndəklər qazılıb.
Bölgəyə cəlb olunan çox sayda yanğınsöndürən briqadanın səyləri nəticəsində yanğının qarşısı alınıb.