Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda başlayan yanğınla əlaqədar genişmiqyaslı tədbirlər həyata keçirilir.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, hazırda bölgədə yanğının yaşayış məntəqələrinə yayılmaması üçün havadan və qurudan yanğınsöndürmə işləri həyata keçirilir.
Bölgədəki otellərdən turistlərin gəmilərlə təxliyəsinə başlanılıb.