logo

Avqustun 5-də Iranın yeni prezidenti and içəcək

16:11 30-07-2021 | icon 2898
Avqustun 5-də Iranın yeni prezidenti and içəcək

İranın yeni seçilən prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimi avqustun 5-də keçiriləcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, İran İslam Şurası Məclisi (parlament) bu məsələni müzakirə edərək mərasimin avqustun 5-də keçirilməsinə razılıq verib.

Bu barədə məlumat verən parlament üzvü Məhəmməd Əli Möhsüni diqqətə çatdırıb ki, mərasimdə 50-dən artıq dövlətin rəsmi nümayəndələri iştirak edəcəklər. Onun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar mərasimin keçirilməsi zamanı zəruri tibbi tədbirlər də həyata keçiriləcək. Andiçmə mərasiminin keçirilməsi ilə İran parlamentinin 11 komitəsi məşğul olur.

Qeyd edək ki, cari il iyunun 18-də İranda keçirilən prezident seçkilərində Seyid İbrahim Rəisi seçicilərin 61,95 faizinin səsini toplayaraq prezident seçilib.