Ukrayna parlamenti erməni əsilli 57 yaşlı daxili işlər naziri Arsen Avakovu 2014-cü ilin fevral ayından tutduğu vəzifəsindən azad edilməsini təsdiqləyib.
YeniAvropa "Ukrinform" informasiya agentliyinə istinadla xəbər verir ki, Ukrayna Radasının iyulun 15-də keçirilən iclasında 291 deputat daxili işlər nazirinin istefasını dəstəkləyib. Qərarın təsdiqi üçün cəmi 226 səs kifayət idi.
Arsen Avakov 2014-cü il fevralın 27-də Ukraynanın daxili işlər naziri vəzifəsinə təyin edilib, 2019-cu il avqustun 29-da bu vəzifəyə təkrar təyinat alıb. O, Vladimir Zelenskinin hakimiyyətə gəlməsindən sonra vəzifəsində qalan iki nazirdən sonuncusu idi. 2020-ci ilin martında Aleksey Qonçaruk hökumətinin istefasından sonra Arsen Avakov vəzifəsini qoruya bilsə də, bu i iyulun 13-də istefa ərizəsi yazmağa məcbur olub.