Bu gün 07:14 dəqiqədə Tacikistanın şərqində Rixter cədvəli üzrə 5.9 bal gücündə zəlzələ olub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Tacikabad rayonunun Buston, Şarxo, Sari Şuxon, Lanqari Şox kəndi daha çox zərər çəkib. Lanqari Şox kəndində 5 nəfər dağıntılar altında qalaraq ölüb, yaralananlar var. Ölənlərin üçü məktəbyaşlı uşaqlardır.
Bildirilir ki, bu kəndlərdə 19 ev tamamilə dağılıb, qismən dağılan evlərin sayı daha çoxdur.
Tacikistan зrezidenti Emomali Rahmon zərərin həcminin hesablanması və insanlara yardım etmək üçün komissiya yaradıb. Komissiyanın üzvləri artıq hadisə yerinə gedib. Zərər çəkənlər müvəqqəti yaşayış yeri ilə təmin olunur, onlara yardım göstərilir.