logo

Paşinyanın istefasını tələb edən korpus komandiri işdən çıxarıldı

18:58 08-07-2021 | icon 4158
Paşinyanın istefasını tələb edən korpus komandiri işdən çıxarıldı

Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri, general-mayor Qriqori Xaçaturov vəzifəsindən azad edilib.

YeniAvropa erməni mətbuatına istinadla xəbər verir  ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan fərman imzalayıb.

Xatırladaq ki, Q. Xaçaturov bu ilin fevralında Baş Qərargahın baş nazir Nikol Paşinyanın istefası tələbini dəstəkləmişdi. Daha sonra o, bəyanatla çıxış edərək, Paşinyan hökumətinin istefaya getməsini tələb etmişdi.

Qeyd edək ki, Q. Xaçaturovun atası, keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturov eks-prezident Robert Koçaryanla birlikdə 2008-ci ildə ölkədə konstitusion quruluşun devrilməsi cinayətində ittiham olunur.