Fransanın ədliyyə naziri Erik Dyupon-Moretti vergi bəyannaməsində vəzifəyə başlamazdan əvvəl qonorar olaraq aldığı 300 min avroluq gəliri göstərməyib.
YeniAvropa xəbər verir ki, bu barədə Frans Press Agentliyi məlumat yayıb.
Bildirilib ki, Erik Dyupon-Moretti 2020-ci ilin iyulundan bəri Ədliyyə Nazirliyinə rəhbərlik edir. Bundan əvvəlisə o, vəkil kimi fəaliyyət göstərib.Eləcə də filmlərdə çəkilib, kitablar yazıb və tamaşalarda müxtəlif xarakterli rollar oynayıb.
2019-cu ildə “Madlen” teatrında çıxışlarından və yazdığı kitablardan aldığı maddi vəsaiti gizlədib. Bu da, 180 min avro məbləğində vergidən yayınma ilə nəticələnib.