Haiti prezidenti Jovenel Moiz naməlum silahlı şəxslərin hücumu nəticəsində ölümcül yaralanıb.
YeniAvropa xəbər verir ki, bu barədə “Gazette Haiti” portalı məlumat yayıb. Ölkənin baş naziri Klod Cozefə istinadla yayılan məlumatda dövlət başçısının ağır güllə yarası aldığı bildirilir. Bundan əlavə, prezident iqamətgahına hücum nəticəsində Haitinin birinci xanımı da yaralanıb.
Qeydedək ki. bu, 2017-ci ildə prezident vəzifəsinə başlamış Moizin həyatına ilk sui-qəsd deyil. O, 2018-ci il oktyabrın 17-də kütləvi mərasim zamanı da silahlı hücuma məruz qalmışdı. O vaxt yüngül yaralanan prezident təhlükəsiz yerə aparılmışdı. Həmçinin onun üç mühafizəçisi də yaralıanmışdı.