Rusiyanın Kamçatka yarımadasında radarlardan itmiş “An-26” təyyarəsinin qalıqları tapılıb. İlkin məlumata görə, qəza nəticəsində təyyarədəki sərnişinlərin və heyət üzvlərinin hamısı həlak olub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Hava Nəqliyyatı Agentliyi məlumat yayıb. Bildirilir ki, havanın dumanlı və çiskinli olması, eləcə də dağlıq ərazi axtarış-xilasetmə işlərini çətinləşdirir.
Xatırladaq ki, Petropavlovsk-Kamçatsk şəhərindən Kamçatka diyarının Koryak dairəsinin Palana qəsəbəsinə uçan “An-26” təyyarəsində 22 sərnişin və 6 heyət üzvü olub. Təyyarə Palana qəsəbəsinin aeroportuna 10 kilometr qalmış enişə hazırlaşarkən radarlardan itib. Uçuş heyəti nasazlıq barədə dispetçerlərə heç bir məlumat verməyib.