Filippində hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
YeniAvropa "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Filippinin Müdafiə Nazirliyi məlumat yayıb.
Ölkənin Silahlı Qüvvələrinin generalı Sirilito Sobejananın sözlərinə görə, "C-130" hərbi təyyarəsi Sulu regionun Xolo adasındakı uçuş-enmə zolağına düzgün eniş edə bilmədiyindən təyyarə qəzaya uğrayıb və alışıb.
Təyyarədə olan 85 hərçiçidən 40-nı xilas etmək mümkün olub.
"Hazırda ərazidə xilasetmə işləri davam etdirilir. Hərbçilərini həyatını xilas etməyə çalışırıq",-deyə general Sobejana vurğulayıb.