Türkiyə COVID-19 virusunun “Delta” ştammının yayılması səbəbindən bir sıra dövlətlərlə aviasiya əlaqəsini dayandırır.
YeniAvropa Türkiyə telekanallarına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir.
Məlumatda qeyd olunur ki, iyulun 1-dən xüsusi sərəncama qədər Banqladeş, Braziliya, Nepal, Hindistan, Şri-Lanka və Cənubi Afrika Respublikası ilə aviasiya əlaqəsi dayandırılır. Həmin ölkələrdən Türkiyəyə birbaşa aviareyslər qadağan olunacaq. Gələn sərnişinlər isə maksimum 72 saat əvvəl verilmiş mənfi test təqdim etməli və 14 gün karantində qalmalıdırlar.
Koronavirusun “Delta” adlandırılan yeni versiyası ilk dəfə ötən ilin oktyabrında Hindistanda aşkarlanıb. O, hazırda dövriyyədə olan digər COVID-19 ştammlarından daha çox yoluxucudur
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, “Delta” ştammı artlq dünyanın 90-na yaxın çox ölkəsində yayılıb.