logo

Parlament etimadsızlığına görə istefa verən baş nazirin gözü kreslosundadır

17:43 28-06-2021 | icon 3479
Parlament etimadsızlığına görə istefa verən baş nazirin gözü kreslosundadır
İsveç tarixdə ilk dəfə olaraq  parlamentdə(Riksdaq) etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən uzaqlaşdırılan baş naziri Stefan Löfvenin gözü hələ kreslosunda qalıb. 

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Stefan Löfven bu gün keçirdiyi brifinqdə parlament sədrinin təklifi olarsa, yenidən hökumət qurmaq istədiyini dilə gətirib.

"Koronavirus dönəmində erkən seçkiyə getmək yaxşı seçim deyil. Təkrar hökumət qurmağa namizədəm”, - S.Löfven bildirib.

Xatırladaq ki, iyunun 21-də Riksdaq ölkənin baş naziri Stefan Löfvenin fəaliyyətini etimadsızlıq səsverməsinə çıxarıb. Parlament üzvləri səs çoxluğu ilə hazırkı hökumət başçısına etimadsızlıqlarını ifadə ediblər.

Beləliklə, İsveç tarixində Stefan Löfven haqqında qeyri-etimad qərarı çıxarılan ilk hökumət başçısı olub.