logo

Sumqayıtda “Opel”lə “Lexus”  toqquşdu-sürücü öldü

15:27 28-06-2021 | icon 5670
Sumqayıtda “Opel”lə “Lexus”  toqquşdu-sürücü öldü

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib.

Qeyd edilib ki, S.Vurğun küçəsində baş verən qəzada şəhər sakini Ramil İsmayılovun idarə etdiyi “Opel” və Qubadlı rayon sakini E.Abbasovun idarə etdiyi “Lexus” markalı avtomobillər toqquşub.

Nəticədə “Opel”in sürücüsü R.İsmayılov hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.