logo

Peyvənd olunan baş nazir Aİ-nin sammitində koronavirusa yoluxdu

15:13 28-06-2021 | icon 3647
Peyvənd olunan baş nazir Aİ-nin sammitində koronavirusa yoluxdu

Lüksemburqun baş naziri Ksavye Bettel (Xavier Bettel) koronavirusa yoluxub və 10 gün karantin rejiminə riayət edəcək.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, mayın 6-da AstraZeneca peyvəndinin 1-ci dozası vurulmuş Ksavye Betteldə yüngül simptomların – temperatur və baş ağrıları olduğu deyilir. Karantin rejimində olan baş nazirin öz funksiyasını distant olaraq yerinə yetirdiyi diqqətə çatdırılıb.

K. Bettel iyunun 24 və 25-də Brüsseldə Avropa İttifaqının 26 ölkəsinin rəhbərlərinin iştirakı ilə keçirilən Avropa sammitində iştirak edib. Ancaq görüşdüyü 26 rəhbərdən heç biri virusla təmasda olmuş hesab edilmir.