logo

İranın yeni prezidenti avqustun 3-də parlamentdə and içəcək

14:10 28-06-2021 | icon 7266
İranın yeni prezidenti avqustun 3-də parlamentdə and içəcək

Avqustun 3-də İran prezidenti Həsən Ruhanin səlahiyyət müddəti başa çatacaq və yeni seçilmiş prezident İbrahim Rəisi vəzifəsinin icrasına başlayacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bunu jurnalistlərə açıqlamasında İran İslam Şurası Məclisinin (parlamentin) sədr müavini Əli Nikzad deyib.

O bildirib ki, yeni prezidentin andiçmə mərasimi də avqustun 3-də keçiriləcək. Mərasimdə yerli və xarici qonaqlar iştirak edəcəklər. Mərasim parlamentdə keçiriləcək və koronavirus pandemiyası ilə əlaqədar əlavə tədbirlər də görüləcək.

Qeyd edək ki, iyunun 18-də İranda keçirilən prezident seçkilərində İbrahim Rəisi qalib gəlib.