Türkiyənın Şırnak vilayətindən olan Mahmud Çakıcı və qızı Rukiyə birlikdə imtahan veriblər.
YeniAvropa “Haber Global”a istinadla xəbər verir ki, 50 yaşlı ata və 18 yaşlı qızı peşə ixtisası üzrə dərəcə imtahanına qatılıblar.
M.Çakıcı həyatında ilk dəfə universitetə daxil olmağı hədəflədiyini və bunun üçün lazım olan bütün imtahanlardan yüksək nəticə əldə edəcəyinə ümidli olduğunu bildirib.