logo

Prezident və nazirlərin olduğu helikopter atəşə tutuldu

11:20 26-06-2021 | icon 2968
Prezident və nazirlərin olduğu helikopter atəşə tutuldu

Kolumbiya prezidenti İvan Dukenin olduğu helikopter naməlum şəxslərin atəşinə məruz qalıb.

YeniAvropa  xəbər verir  ki, bu barədə ölkənin "Semana TV" məlumat yayıb.

Qeyd edilir ki, hadisə helikopter Cənubi Amerika respublikasının şərq hissəsində, Norte-de-Santander departamenti üzərində uçuş edərkən olub. Helikopterə altı güllə dəyib. Bu zaman hava maşınında həmçinin milli müdafiə naziri Dieqo Molano və daxili işlər naziri Daniel Palasios da olub. Onlardan heç biri zərər çəkməyib.

Hakimiyyət orqanları araşdırmaya başlayıb.