logo

Təhsil naziri kürənəni qayınatanın yerinə prorektor təyin etdi

15:05 24-06-2021 | icon 8029
Təhsil naziri kürənəni qayınatanın yerinə prorektor təyin etdi

Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Kamran Rəsulov Azərbaycan Texniki Universitetində (AzTU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub.

Universitetdən YeniAvropa-ya verilən məlumata görə, rektor Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib.

Rektor təqdimatında bildirib ki, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsi AzTU-da yeni təsis olunub.

Xatırladaq ki, bir müddət əvvəl nazir AzTU-da prorektor olan Abuzər  Mirzəliyevi tutduğu vəzifəsindən azad edib. Yeni təyin olan Kamran Rəsulov isə işdən çıxarılan Abuzər Mirzəliyevin kürəkənidir.