logo

“EURO-2020”nin 1/2 və final matçı üçün azarkeş sayı açıqlanıb

17:11 22-06-2021 | icon 6104
“EURO-2020”nin 1/2 və final matçı üçün azarkeş sayı açıqlanıb

Futbol üzrə “EURO-2020”nin yarımfinal və final oyunlarında iştirak edəcək azarkeş sayı açıqlanıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, İngiltərənin paytaxtı Londonda “Uembli” stadionundakı matçlara 60 min azarkeş qatılacaq. Bu arenanın tamaşaçı tutumu 90 mindir.

Qeyd edək ki, Avropa çempionatının yarımfinal görüşləri iyulun 6-7-də, final isə iyulun 11-də təşkil olunacaq.