İsveçin baş naziri tarixdə ilk dəfə etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən uzaqlaşdırılıb.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki,iyunun 21-də İsveç parlamenti (Riksdaq) ölkənin baş naziri Stefan Löfvenin fəaliyyətini etimadsızlıq səsverməsinə çıxarıb.
Parlament üzvləri səs çoxluğu ilə hazırkı hökumət başçısına etimadsızlıqlarını ifadə ediblər.
Beləliklə, İsveç tarixində Stefan Löfven haqqında qeyri-etimad qərarı çıxarılan ilk hökumət başçısı olub.