logo

Ermənistanda seçkilər: Paşinyan Köçəryana böyük fərqlə qalib gəlir

08:22 21-06-2021 | icon 3773
Ermənistanda seçkilər: Paşinyan Köçəryana böyük fərqlə qalib gəlir

Ermənistanda yerli vaxtla saat 06:10-a olan məlumata görə, Mərkəzi Seçki Komissiyası (MSK) ötən gün  keçirilən növbədənkənar parlament seçkilərində səslərin 86,4 %-ni hesablayıb. Bu göstəricilər 2 008 seçki məntəqəsinin 1 808-nin nəticələridir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu saata olan nəticələrə görə, baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası 55,02 % (605 741 səs) toplayıb. 

Keçmiş prezident Robert Köçaryanın rəhbəri olduğu "Ermənistan" blokuna isə seçicilərin 20,41 %-i (224 678 nəfər) səs verib.