logo

EURO-2020: Uels-Türkiyə oyununa 25 mindən artıq bilet satılıb

14:54 14-06-2021 | icon 2478
EURO-2020: Uels-Türkiyə oyununa 25 mindən artıq bilet satılıb

Avropa çempionatının A qrupunun Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Uels - Türkiyə matçına indiyədək satılmış biletlərin sayı bəlli olub.

 YeniAvropa xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

Onun sözlərinə görə, qarşılaşma üçün 25 mindən artıq bilet satılıb.

Qeyd edək ki, iyunun 16-da keçiriləcək Uels - Türkiyə oyunu saat 20:00-da başlayacaq. BOS həmçinin A qrupunun Türkiyə - İsveçrə qarşılaşmasına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Bakıda Uels və İsveçrə komandalarının ilk görüşü heç-heçə yekunlaşıb - 1:1.