İstanbulun fəthinin 568-ci ildönümü şəhərin rəmzlərinin müxtəlif formatda işıqlandırılması ilə qeyd edilib.
YeniAvropa xəbər verir ki, nümayiş Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi və qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə hazırlanıb.
Tədbir çərçivəsində tarixi Qalata qülləsi, Ayasofya Məscidinin ərazisi və səma ən yeni texnologiyalardan olan mapping lazer cihazı vasitəsilə işıqlandırılıb.
Nümayişlərdə hələ 21 yaşında olarkən İstanbulu fəth edərək tarixin seyrini dəyişən Osmanlı sultanı Fatih Sultan Mehmet at üstündə canlandırılıb. Bundan əlavə lazer effekti vasitəsilə İstanbul səmalarında şəhərin fəthində əsas rol oynayan atributlar, o cümlədən gəmilər də əks olunub.