logo

İranda 7 namizəd prezident postu uğrunda mübarizə aparacaq

13:47 27-05-2021 | icon 4473
İranda 7 namizəd prezident postu uğrunda mübarizə aparacaq

İranda iyunun 18-də  keçiriləcək 13-cü prezident seçkilərində seçki bülletenində 7 namizədin adı daxil ediləcək. 

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, prezidentlik iddiasında olan 500-dən çox adam namizədliyini irəli sürsə də, son sözü Konstitusiyanın Mühafizə Şurası deyib. Şura namizədləri nəzərdən keçirdikdən sonra yalnız 7 nəfər seçkilərə buraxıb.

İranın Radio və Televiziya Təşkilatı rəhbəri Əbdüləli Əsgəri isə prezident seçkiləri üçün təşkil olunan təbliğat kampaniyası zamanı bitərəfliyini qoruyub saxlayacağını bəyan edib.

 Əbdüləli Əsgəri bildirib ki, bütün namizədlərə təbliğat və təşviqat işləri üçün bərabər imkanlar yaradılacaq. Onun sözlərinə görə artıq vaxt bölgüsü aparılıb və namizədlərin televiziya çıxışları üçün cədvəl hazırlanıb.