Belarus aviaşirkətlərinə məxsus təyyarələrin Böyük Britaniyanın hava sahəsinə girməsi qadağan edilib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Qrant Şaps "Twitter" hesabında yazıb.
Nazir paylaşdığı statusda Belarusun “Belavia” şirkətinin Böyük Britaniyanın hava məkanına xüsusi icazəsi olmadığı təqdirdə girməsinə icazə verilməyəcəyini və bu qanunun dərhal qüvvəyə mindiyini yazıb.