Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat keçirilir.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, mərkəzi Balıkesir olmaqla ölkənin 17 vilayətində paralel keçirilən əməliyyat nəticəsində barəsində həbs qətimkan tədbiri seçilmiş 26 hərbçidən 14-ü saxlanılıb. Onların yeddisi hazırda TSK daxilində fəaliyyətdə olan hərbçilərdir.
Digər şübhəlilərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.