logo

Vulkan püsküdü-1,5 milyon əhalisi olan şəhər boşaldılır 

13:33 23-05-2021 | icon 4228
Vulkan püsküdü-1,5 milyon əhalisi olan şəhər boşaldılır 

Afrikanın ən aktiv vulkanlarından biri olan Nyiraqonqo vulkanı püskürüb.

 YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, Konqo Respublikasının ərazisində yerləşən vulkanın püskürməsi səbəbindən 1,5 milyon əhalisi olan Qoma şəhəri təhlükə ilə üzləşib.

Şəhərin meri Patrik Muyayya sakinlərin təhlükəsiz bölgələrə təxliyəsinə başlanıldığını deyib.

Xatırladaq ki, Nyiraqonqo vulkanı sonuncu dəfə 2002-ci ildə püskürüb. Nəticədə 250 nəfər ölüb, 120 mindən artıq insan isə evsiz qalıb.