Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
YeniAvropa Türkiyə Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, telefon söhbəti zamanı iyunun 14-də keçiriləcək NATO-nun Zirvə görüşünə hazırlıq işləri, təşkilatın qarşıdakı on ildəki fəaliyyət istiqamətlərini müəyyən edəcək 2030-cu il sənədi və Əfqanıstandakı proseslər müzakirə olunub.