logo

Misir İsraillə HƏMAS arasındakı atəşkəsin monitorinqini aparacaq

10:35 21-05-2021 | icon 3969
Misir İsraillə HƏMAS arasındakı atəşkəsin monitorinqini aparacaq

İsrail hökumətinin iclasından sonra baş nazir Benyamin Netanyahu və HƏMAS liderləri 11 gün davam edən aviasiya və raket hücumlarının dayandırılması barədə qərar qəbul ediblər.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, mayın 21-də gecə saat 00:04-də qüvvəyə minəcək bu qərarın yerinə yetirilməsi monitorinqini Misir həyata keçirəcək. İsrail hökumətinin bəyanatında qeyd olunub ki, Tel-Əviv Misirin qeyd-şərtsiz atəşkəs elan edilməsi təşəbbüsünü yekdilliklə təsdiq edib.

Atəşkəs qərarının ABŞ və Misir prezidentləri Co Bayden və Əbdülfəttah əl-Sisi arasında danışıqlardan sonra verildiyi bildirilir. Bundan bir gün əvvəl rəsmi Qahirə Ramallahda və Tel-Əvivdə də danışıqlar aparıb.

Münaqişə tərəfi olan HƏMAS liderlərindən biri Usamə Həmdan “Associated Press” agentliyinə müsahibəsində bildirib ki, Misirin vasitəçiliyi ilə irəli sürülmüş atəşkəs təşəbbüsü qəbul edilib.