Antarktidada dünyanın ən böyük aysberqi buzlaqdan qopub.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki,bu barədə Avropa Kosmik Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, A76 aysberqinin sahəsi təxminən 4 320 kvadrat kilometr təşkil edir. Buz dağının uzunluğu 170 kilometr, eni 25 kilometrə bərabərdir.
Aysberq hazırda Ueddell dənizində hərəkət edir.
İndiyədək qeydə alınmış ən böyük aysberqin sahəsi 3 880 kvadrat kilometr olub