logo

Türkiyədə 2 milyard dolları ölkədən qaçıranlardan ikisi saxlanılıb

16:59 18-05-2021 | icon 4564
Türkiyədə 2 milyard dolları ölkədən qaçıranlardan ikisi saxlanılıb

Türkiyədə iki milyard ABŞ dolları məbləğində maliyyə saxtakarlığında ittiham olunan “Thodex” kriptovalyuta şirkətinin üç əsas şübhəli üzvündən ikisi saxlanılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,ələ keçirilən həmin şəxslər “Thodex”in maliyyə və proqram təminatı şöbələrinin cavabdeh şəxsləri Rana Azap və Oral Çinardır.

Şirkətin qurucusu və sahibi Faruk Fatih Özer bu il aprelin 20-də iki milyard ABŞ dolları məbləğində pulu Albaniyaya qaçırıb. Barəsində “Interpol” tərəfindən axtarış elan edilən F.Özerin saxlanılması və ekstradisiyası üçün Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə albaniyalı həmkarı Bledar Cuci arasında telefon danışığı olub.

Prokurorluq tərəfindən “Thodex” şirkəti və onun qurucusu ilə bağlı açılan cinayət işi çərçivəsində başda İstanbul olmaqla, Türkiyənin səkkiz vilayətində əməliyyatlar başlayıb. Bu əməliyyatlar zamanı barəsində həbs qərarı çıxarılan 78 nəfərdən 62-si artıq saxlanılıb. Onlardan altısı həbs olunub. Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən verilən açıqlamada bildirilir ki, şirkətin İstanbulun Kadıköy rayonundakı şöbəsində aparılan axtarış zamanı çoxlu sayda rəqəmsal material və sənədlər ələ keçirilib.

Bu hadisə Türkiyə Respublikasının tarixində ən böyük maliyyə saxtakarlığı olduğu bildirilir.