Türkiyənin ASELSAN şirkəti (Elektron Sənaye və Ticarət A.Ş.) tərəfindən istehsal edilən kəşfiyyat və nəzarət təyinatlı yeni mikro pilotsuz uçuş aparatının (Saka) sınaqları uğurla başa çatıb.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Sakanın kiçik ölçüdə olması onun rahat daşınmasını və qapalı məkanlarda, o cümlədən mağaralarda və ona bənzər yerlərdə çalışmaq imkanını genişləndirir.
Yeni mikroaparatın operativ qaydada fəaliyyətə hazırlanması, keyfiyyətli çəkilişlər aparması və yüksək ötürücülük qabiliyyəti onun cəlbediciliyini artırır.