Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan KTMT üzvü olan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.
YeniAvropa erməni mətbuatına istinadla xəbər verir ki, telefon söhbəti zamanı tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Nikol Paşinyan problemin həlli üçün KTMT tərəfdaşlarının mövqelərinin müqayisə olunmasının vacibliyini vurğulayıb.